Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Almalı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd.

Almalı (Daşkəsən)

40°24′57″ şm. e. 46°11′18″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Almalı
40°24′57″ şm. e. 46°11′18″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Əhalisi
Əhalisi
  • 155 nəf. (2009)
Xəritəni göstər/gizlə
Almalı xəritədə
Almalı
Almalı

Almalı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası

Kənd əvvəllər Almalı adlanan yamacda qonşu Zinzahal kəndindən köçmüş ailələr tərəfindən salınmışdır. Oykonim alma (meyvə ağacı) və -lı (varlıq, bolluq bildirən şəkilçi) komponentlərindən düzəlib, "alma bağı olan kənd" deməkdir.

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Murovdağ silsiləsinin yamacında, Gəncəçayın sahilində yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 158 79 79
2009 ↘155 =79 ↘76

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Mədəniyyəti

Kənddə Almalı kənd kitabxana filialı, Almalı kənd klubu fəaliyyət göstərir.

Təhsil

Kənddə Daşkəsən rayon Almalı kənd ümumi orta məktəbi fəaliyyət göstərir.

56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 262 000 manat vəsait ayrılmışdır.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

Həmçinin bax

Üst