Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Arazbarı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Səmədabad kənd inzibati ərazi dairəsində kənd. 6 may 1997-ci il tarixli 293-IQ saylı Azərbaycan Respub

Arazbarı (Biləsuvar)

39°34′46″ şm. e. 48°15′46″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Arazbarı
39°34′46″ şm. e. 48°15′46″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 344 nəf. (2009)
Xəritəni göstər/gizlə
Arazbarı xəritədə
Arazbarı
Arazbarı

ArazbarıAzərbaycan Respublikasının Biləsuvar rayonunun Səmədabad kənd inzibati ərazi dairəsində kənd. 6 may 1997-ci il tarixli 293-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Biləsuvar rayonunun faktiki mövcud olan Arazbarı kəndi dəqiqləşdirmə qaydasında Səmədabad kənd inzibati ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.

Toponimikası

Toponim elmi ədəbiyyatda Araz (çay adı) və bar (farsca "sahil", "kənar") sözlərindən ibarət olub, "Araz çayının kənarı, yanı, sahili" mənasında izah olunur. Lakin qeyd etmək lazımdır ki, türk dillərində par/bar sözünün bir çox mənaları ilə yanaşı "açıq, geniş düzən", "hərəkət edən, axan" mənalarında işlənməsi hallarına da təsadüf edilir. Bu baxımdan Araspar və ya Arazbar oykoniminin mənası "Araz çayının axdığı geniş düzən" kimi izah oluna bilər.

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 532 239 293
2009 ↘344 ↘174 ↘170

İqtisadiyyatı

Mədəniyyəti

Kənddə Arazbarı kənd kitabxana filialı və Arazbarı PTS fəaliyyət göstərir.

Təhsil

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

Həmçinin bax

Üst