| Ağkənd | |
|---|---|
| 39°49′24″ şm. e. 47°01′04″ ş. u.HGYO | |
| Ölkə |
|
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Xocavənd rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 687 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Ağkənd | |
Ağkənd (əvvəlki adı: Spitakşen, daha əvvəlki adı: Ağkənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Ağkənd kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası
1828-ci ildə İranın Xoy əyalətindən gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı erməni dilinə kalka edilərək Spitakşen (Ağkənd) adlandırılmış, 1992-ci ildən kəndin əvvəlki adı özünə qaytarılmışdır. 1917-ci ildə Gəncə və Şuşa qəzalarında da Ağkənd kəndləri qeydə alınmışdır. Keçən əsrdə Ermənistan ərazisində Ağkənd adlı 6 kənd olmuşdur.
Tarixi
1926-cı ilin Qafqazın xəritəsində kəndin adı Ağkənd (i.ə.rus orf. Ахъ-кендъ) kimi qeyd olunubdur.
Azərbaycan kənd təsərrüfatı üzrə 1921 il üçün siyahıyaalınmasında yaşayış məntəqəsi Ağkənd (rus. Агкенд) adı ilə Şuşa qəzasının tərkibində göstərilir.
Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Spitakşen kəndi Ağkənd kəndi adlandırılmışdı. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağkənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Ağkənd kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Tarixi abidələri
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | XXXX | XXXX | XXXX |
| 2009 | ↗XXXX | ↗XXXX | ↗XXXX |
İqtisadiyyatı
Mədəniyyəti
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Xocavənd rayonunun kəndləri
- Ağkənd (Xocavənd) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri

