| Yenikənd | |
|---|---|
| 39°51′00″ şm. e. 46°58′47″ ş. u.HGYO | |
| Ölkə |
|
| Region | Xocavənd rayonu |
| Yenikənd ![]() Yenikənd | |
Yenikənd (əvvəlki adı: Norşen, daha əvvəlki adı: Yengikend (i.ə.rus orf. Енгикендъ)) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası
XIX əsrin 20-ci illərində əsasən Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələri orada məskunlaşmış, sonralar kəndin adını Noraşen (erm. "yeni kənd, təzə kənd") adlandırmışlar. 1992-ci ildən kəndin adı Yenikənd kimi rəsmiləşdirilmişdir.
Tarixi
1886-cı il üçün tərtib edilmiş Zaqafqaziya əhaləsinə dair statistik məlumatlarına əsasən, bu kənd rus dilində Yengikend (i.ə.rus orf. Енгикендъ) adı ilə Yelisavetpol quberniyasının Şuşa qəzasının tərkibində göstərilir. 1926-cı ilin Qafqazın xəritəsində də kəndin adı rus dilində Yengikend (i.ə.rus orf. Енгикендъ) kimi qeyd olunubdur.
Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Norşen kəndi Yenikənd kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Yenikənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə keçib.
Coğrafiyası və iqlimi
Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | XXXX | XXXX | XXXX |
| 2009 | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Xocavənd rayonunun kəndləri
- Yenikənd (Xocavənd) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri

