| Bəşirli | |
|---|---|
| 40°46′ şm. e. 46°35′ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Bəşirli | |
Bəşirli (əvvəlki adları: Bəşirabad; Leninabad) — Azərbaycan Respublikasının Goranboy rayonunun Hazırəhmədli kənd inzibati ərazi dairəsində kənd. 6 may 1997-ci il tarixli 293-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Hazırəhmədli kənd inzibati ərazi vahidinin tərkibindəki Leninabad kəndi Bəşirli kəndi adlandırılmışdır.
Toponimikası
Yaşayış məntəqəsini XX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qaradağ mahalından gələrək Qarasuçu, Göynüyən, Hazırəhmədli və b. kəndlərdə rəncbərlik edənlər salmışdılar. 1924-cü ildə kənd partiya və dövlət xadimi Mirbəşir Qasımovun (1879–1949) şərəfinə Bəşirabad adlandırılmışdı. 1930-cu ildə burada Lenin adına kolxoz təşkil edildi və kəndin adı dəyişdirilərək Leninabad adlandırıldı. 1997-ci ildə yaşayış məntəqəsi Bəşirli adı ilə rəsmiləşdirilmişdir. 1933-cü ildə bu kəndlə yanaşı Sabirabad rayonunda da Bəşirabad adlı kənd qeydə alınmışdı.
Tarixi
Coğrafiyası və iqlimi
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 483 nəfər əhali yaşayır.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Goranboy rayonu qaralamaları
- Goranboy rayonunun kəndləri

