| Xasadarlı | |
|---|---|
| 40°42′09″ şm. e. 46°41′11″ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Xasadarlı | |
Xasadarlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Səmədabad kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Əzizbəyov kənd inzibati ərazi vahidinin Xasadarlı kəndi Səmədabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.
Toponimikası
Tədqiqatçılara görə, oykonimin əsli Xasadərəli olmalıdır. Onların fikrincə, xasa (Azərbaycan dilinin bəzi dialektlərində "yaşıllıq, göylük" mənasında işlənir) və dərə komponentlərindən düzəlmiş bu oykonim "yaşıl dərə" mənasındadır. Lakin eyni zamanda, dialektlərimizdə "çirkli, bulanıq" mənasında həsə sözü də işlənir ki, bu da Xəsədərəli (Həsədərəli) toponiminin Qarasuçay dərəsi coğrafi adı ilə eyni mənanı daşıdığını söyləməyə əsas verir.
Tarixi
Coğrafiyası və iqlimi
Kənd Qarasuçayın dərəsində, Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 255 nəfər əhali yaşayır.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Goranboy rayonu qaralamaları
- Goranboy rayonunun kəndləri

