Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Nərimanlı (əvvəlki adı: Leninkənd) — Azərbaycan Respublikasının Goranboy rayonunun Nərimanlı kənd inzibati ərazi dairəsində kənd. 6 may 1997-ci il tarixli 293-I

Nərimanlı (Goranboy)

Vikipediya, azad ensiklopediya
Nərimanlı
Ölkə
  •  Azərbaycan

Nərimanlı (əvvəlki adı: Leninkənd) — Azərbaycan Respublikasının Goranboy rayonunun Nərimanlı kənd inzibati ərazi dairəsində kənd. 6 may 1997-ci il tarixli 293-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Cinli Boluslu kənd inzibati ərazi vahidinin tərkibindəki Leninkənd kəndi Nərimanlı kəndi adlandırılmışdır. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Nərimanlı kəndi Çinli Boluslu kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nərimanlı kənd inzibati ərazi vahidi yaradılmışdır.

Toponimikası

Kənd XX əsrin əvvəllərində Cənubi Azərbaycandan gəlib rəncbərlik edənlərin və 1918-ci ildə Ermənistandan qovulmuş azərbaycan ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1921—ci ildə N.Nərimanovun (1870-1925) şərəfinə Nərimanov, 1932-ci ildən sonra isə Leninkənd adlandırılmışdı. 1997-ci ildən kəndin adı Nərimanlı kimi rəsmiləşdirilmişdir.

Tarixi

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 994 nəfər əhali yaşayır.

Həmçinin bax

Üst