| Kənd | |
| Heşin | |
|---|---|
| 39°47′57″ şm. e. 45°07′59″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Dərələyəz mahalı |
| Rayon | Keşişkənd rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı | UTC+4 |
| Heşin | |
Heşin — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.
Tarixi
Rayon mərkəzindən 14 km şərqdə, Elpinçayın sağ qolu olan Heşin çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Fikrimizcə, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə adı çəkilən Meşin kəndi ilə Heşin kəndi eyni kəndlərdir.
Toponimi
Toponim türk dilində "yaşayış məntəqəsi" mənasında işlənən keş sözünə, türk dilində (daxma, koma, mağara) mənasında işlənən in sözünün birləşməsi əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Əhalisi
1727-ci ilə aid mənbədə Heşin kəndində 3 azərbaycanlı ailəsinin yaşadığı qeyd olunur. Kənddə 1831-ci ildə 62 nəfər, 1873-cü ildə 174 nəfər, 1886-cı ildə 272 nəfər, 1897-ci ildə 229 nəfər, 1904-cü ildə 237 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 311 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 116 nəfər, 1926-cı ildə 136 nəfər, 1931-ci ildə 164 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ hökumətinin xüsusi qərarı ilə kənd sakinləri — azərbaycanlılar 1948–49-cu illərdə zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Azərbaycanda Geşan (Şuşa qəzası) kənd adı ilə səsləşir. Mə'nası mə'lum deyil.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Şərur-Dərələyəz qəzasının kəndləri