Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mirikənd (əvvəlki adı: Miruşen, daha əvvəlki adı: Mirikənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Mirikənd kənd inzibati ərazi dairəsində kənd.

Mirikənd (Xocavənd)

39°50′40″ şm. e. 46°55′26″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Mirikənd
39°50′40″ şm. e. 46°55′26″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Xocavənd rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 810 m
Xəritəni göstər/gizlə
Mirikənd xəritədə
Mirikənd
Mirikənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirikənd (əvvəlki adı: Miruşen, daha əvvəlki adı: Mirikənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Mirikənd kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası

Kəndin qədim adı Takir olmuşdur. Çar Rusiyası Azərbaycanın şimalını işgal etdikdən sonra XIX əsrdə burada gəlmə ermənilər yerləşmişdi. Kənd bir müddət Mirikənd adlandırılsa da, sonralar oykonim erməniləşərək Miruşen kimi qeydə alınmışdı. 1992-ci ildə kəndin keçmiş adı bərpa edilmişdir. Oykonim "Mirinin kəndi", "Miriyə məxsus kənd" mənasındadır.

Tarixi

Azərbaycan kənd təsərrüfatı üzrə 1921 il üçün siyahıyaalınmasında yaşayış məntəqəsi Mirikənd (rus. Мирикенд) adı ilə Şuşa qəzasının tərkibində göstərilir.

1926-cı ilin Qafqazın xəritəsində kəndin adı Mirikənd (i.ə.rus orf. Мирикендъ) kimi qeyd olunubdur.

Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Miruşen kəndi Mirikənd kəndi adlandırılmışdır.

1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Mirikənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə keçib.

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 XXXX XXXX XXXX
2009 ↗XXXX ↗XXXX ↗XXXX

Həmçinin bax

Üst