| Zəylik | |
|---|---|
| |
| 40°10′21″ şm. e. 46°34′37″ ş. u.HGYO | |
| Ölkə |
|
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Ağdərə rayonu |
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +994 26 |
| Poçt indeksi | AZ5900 |
| Nəqliyyat kodu | 32 |
![]() Zəylik | |
Zəylik — Azərbaycan Respublikasının Ağdərə rayonunun Umudlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Zəylik kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.
Tarixi
Zəylik kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Zəylik kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Zəylik kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Əhalisi
2005-ci ildə əhalisi 200 nəfər idi. 2015-ci ildə əhalisi 235 nəfər olub, hamısı ermənilərdən ibarət idi.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Ağdərə rayonunun kəndləri

