Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Orta Güneypəyə — Azərbaycan Respublikasının Ağdərə rayonunun Orta Güneypəyə kənd inzibati ərazi dairəsində kənd.

Orta Güneypəyə

40°05′42″ şm. e. 46°43′32″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Orta Güneypəyə
40°05′42″ şm. e. 46°43′32″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdərə rayonu
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 26
Poçt indeksi AZ5900
Nəqliyyat kodu 32
Xəritəni göstər/gizlə
Orta Güneypəyə xəritədə
Orta Güneypəyə
Orta Güneypəyə

Orta GüneypəyəAzərbaycan Respublikasının Ağdərə rayonunun Orta Güneypəyə kənd inzibati ərazi dairəsində kənd.

Tarix

Kənd Ağdərə rayonunun tərkibində olub.

Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1991-ci il tarixli, 441 saylı Fərmanı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunda Orta Güneypəyə kənd Soveti yaradılmış və Orta Güneypəyə kəndi Baş Güneypəyə kənd Sovetinin tərkibindən onun tərkibinə verilmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Orta Güneypəyə kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir.

1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur.

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Orta Güneypəyə kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.

19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.

Həmçinin bax

Üst