| Nərimanlı | |
|---|---|
| Ölkə |
|
Nərimanlı (əvvəlki adı: Leninkənd) — Azərbaycan Respublikasının Goranboy rayonunun Nərimanlı kənd inzibati ərazi dairəsində kənd. 6 may 1997-ci il tarixli 293-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Cinli Boluslu kənd inzibati ərazi vahidinin tərkibindəki Leninkənd kəndi Nərimanlı kəndi adlandırılmışdır. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Nərimanlı kəndi Çinli Boluslu kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nərimanlı kənd inzibati ərazi vahidi yaradılmışdır.
Toponimikası
Kənd XX əsrin əvvəllərində Cənubi Azərbaycandan gəlib rəncbərlik edənlərin və 1918-ci ildə Ermənistandan qovulmuş azərbaycan ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1921—ci ildə N.Nərimanovun (1870-1925) şərəfinə Nərimanov, 1932-ci ildən sonra isə Leninkənd adlandırılmışdı. 1997-ci ildən kəndin adı Nərimanlı kimi rəsmiləşdirilmişdir.
Tarixi
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 994 nəfər əhali yaşayır.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Goranboy rayonu qaralamaları
- Goranboy rayonunun kəndləri
