| Nərimankənd | |
|---|---|
| 39°31′55″ şm. e. 48°23′58″ ş. u.HGYO | |
| Ölkə |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Nərimankənd | |
Nərimankənd (əvvəlki adı: Nərimanovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Nərimankənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Nəsimi kənd Sovetinin Nərimanovka kəndi Nərimankənd kəndi adlandırılmışdır. Nərimankənd kəndi Nəsimi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nərimankənd kənd Soveti yaradılmışdır.
Toponimikası
Kəndin keçmiş adı Üçməzar olmuşdur. Sovet dövründə kənd Nəriman Nərimanovun şərəfinə Nərimanovka adlandırılmış, 1991-ci ildən isə indiki adla rəsmiləşdirilmişdir.
Tarixi
Tarixi abidələri
Nərimankənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
| İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
|---|---|---|---|---|---|
| 5789 | Şəhriyartəpə yaşayış yeri | Orta əsrlər | Nərimankənd kəndi | Arxeoloji | Yerli |
Coğrafiyası və iqlimi
Kənd Muğan düzündə yerləşir. Nəsimi, Səmədabad kəndləri ilə sərhəddir.
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | 3015 | 1496 | 1519 |
| 2009 | ↗3542 | ↗1775 | ↗1767 |
İqtisadiyyatı
Kənddə 831 təsərrüfat var.
2015-ci ilin iyun ayının 25-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Mədəniyyəti
Kənddə Nərimankənd kitabxana filialı, Nərimankənd kənd klubu, Nərimankənd Poçt Agentliyi və Nərimankənd EATS fəaliyyət göstərir.
Təhsil
Kənddə Nərimankənd tam orta məktəbi və Nərimankənd ümumi orta məktəbi fəaliyyət göstərir.
Din
Kənddə 21 dekabr 2009-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100109 A3–118 olan Nərimankənd kəndi "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Səhiyyə
Kənddə Nərimankənd həkim məntəqəsi yerləşir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Biləsuvar rayonunun kəndləri
- Nərimankənd (Biləsuvar) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri
