| Qalaça | |
|---|---|
| |
| 39°41′46″ şm. e. 46°17′45″ ş. u.HGYO | |
| Ölkə |
|
| Region | Şərqi Zəngəzur iqtisadi rayonu |
| Rayon | Laçın rayonu |
![]() Qalaça | |
Qalaça — Azərbaycan Respublikasının Laçın rayonunun Bozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Mirik kənd Sovetindən Qalaça kəndi Bozlu kənd Soveti tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası
Yaşayış məntəqəsi kiçik təpənin üstündə yerləşən qalaçanın yaxınlığında salındığı üçün belə adlanmışdır. Oykonim "kiçik qala" mənasındadır. Hazırda həmin qalaçanın yerləşdiyi təpə "Top qalaça" adlanır.
Tarixi
Coğrafiyası və iqlimi
Kənd Ağoğlan çayının sahilində, dağətəyi düzənlikdə yerləşir.
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Laçın rayonu qaralamaları
- Laçın rayonunun kəndləri


