| Qayğı | |
|---|---|
| 39°39′29″ şm. e. 46°32′16″ ş. u.HGYO | |
| Ölkə |
|
![]() Qayğı | |
Qayğı — Azərbaycan Respublikasının Laçın rayonunun Qayğı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Tarixi
18 may 1992-ci ildə işğal edilib.
5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Laçın rayonunun tərkibindəki yaşayış məntəqəsi Qayğı qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Qayğı qəsəbəsi mərkəz olmaqla Qayğı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.
2022-ci ilin avqust–sentyabr aylarında istifadəyə verilən Laçın dəhlizinə alternativ çəkilmiş yeni yolun üzərində yerləşir. 19 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu bu yola nəzarət edir.
Toponimikası
1988–1989-cu illərdə Ermənistandan didərgin salınmış Azərbaycan ailələri üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən "Qayğı" cəmiyyətinin vəsaiti hesabına salındığından belə adlanmışdır.
Coğrafiyası və iqlimi
Qəsəbə Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir.
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax
- Vikipediya:Köhnəlmiş məqalələr
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Laçın rayonu qaralamaları
- Laçın rayonunun yaşayış məntəqələri
- Laçın rayonunun qəsəbələri

