| Qozlu | |
|---|---|
| |
| 40°06′47″ şm. e. 46°28′29″ ş. u.HGYO | |
| Ölkə |
|
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Ağdərə rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 988 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +994 26 |
| Poçt indeksi | AZ5900 |
| Nəqliyyat kodu | 32 |
![]() Qozlu | |
Qozlu (əvvəlki adı: Vaquas, daha əvvəlki adı: Qozlu) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vaquas kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vaqaus kəndi Qozlu kəndi adlandırılmışdır.
Toponimikası
XIX əsrdə buraya erməni ailələri köçüb gəldikdən sonra kəndin adı ermənicəyə tərcümə olunaraq Vaquas (Qozlu) kimi rəsmiləşdirilmişdi. 1992-ci ildə əvvəlki adi bərpa edilmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasını daşıyır.
Tarixi
1911-ci ildə dərc olunmuş 1912-ci il üçün Qafqaz təqviminə görə, Yelisavetpol quberniyasının Cavanşir qəzasının tərkibində Qozlu (i.ə.rus orf. Козлу) adlı kənd qeyd olunur.
Qozlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qozlu kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qozlu kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Coğrafiyası və iqlimi
Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Ağdərə rayonunun kəndləri

