Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Susayqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun Aşağı Atuc kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci i

Susayqışlaq (Quba)

41°28′11″ şm. e. 48°35′04″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Susayqışlaq
41°28′11″ şm. e. 48°35′04″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
Susayqışlaq xəritədə
Susayqışlaq
Susayqışlaq

Susayqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun Aşağı Atuc kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Yelenovka kənd Sovetindən Susayqışlaq kəndi Aşağı Atuc kənd Sovetinin tərkibinə verilmişdir.

Toponimikası

Yaşayış məntəqələrini Susay kəndindən köçüb gələnlər salmışdır. Oykonim Susay (kəndin adı) və qışlaq coğrafi terminindən ibarət olub, "Susay kəndinin qışlağı, susaylılara məxsus qışlaq" mənasındadır. Eyni adlı kənd Xaçmaz rayonunda da mövcuddur. Susay sözünün etimoloji mənası:Su qədim Oğuz türkçəsində çay deməkdir, say isə dayaz yer deməkdir, yəni Susay çayın dayaz yeri deməkdir.

Coğrafiyası və iqlimi

Kənd Qusar maili düzənliyində, rayon mərkəzində 15 km məsafədə, Quba–Xudat magistralı yaxınlığında, Qusarçayın orta axarında yerləşir. Çay kənarı seyrək palıd və qovaq ağaclarından ibarət meşəlikdən (Qusar Dövlət Təbiət Yasaqlığının qurtaracağı) və kolluqlardan ibarətdir. Kənd ərazisinin əsas hissəsini meyvə bağları (alma, gilas və s.) və əkin sahələri tutur.

Əhalisi

Kənd əhalisinin əsas hissəsini azərbaycanlılar təşkil edir. 2009-cu ilin siyahıya alınmasına əsasən kənddə 511 nəfər əhali yaşayır.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti bağçılıq və heyvandarlıqdır.

Təhsil

Kənddə 1 əsas məktəb fəaliyyət göstərir.

Səhiyyə

Kənddə tibb məntəqəsi mövcuddur..

Həmçinin bax

Üst