Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Səkinə xanım Mirzə Heybət qızı Axundzadə (1865, Quba – 1927, Quba) — ilk qadın dramaturq, ilk qadın romançı, yazıçı Mirzə Heybət Axundzadənin qızı. Səkinə xanım

Səkinə Axundzadə

Vikipediya, azad ensiklopediya
Səkinə Axundzadə
Səkinə Mirzə Heybət qızı Axundzadə
Doğum tarixi 1865(1865)
Doğum yeri
Vəfat tarixi 1927(1927) (61–62 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşağı
  • Yusif bəy Ağabəyov
Atası Mirzə Heybət Axundzadə
Fəaliyyəti dramaturq, yazıçı, romançı, müəllimə, maarifçi, pedaqoq
Əsərlərinin dili Azərbaycan dili
Janr dram
Tanınmış əsərləri
  • Şahzadə Əbülfəzl və Rəna xanım
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səkinə xanım Mirzə Heybət qızı Axundzadə (1865, Quba1927, Quba) — ilk qadın dramaturq, ilk qadın romançı, yazıçı Mirzə Heybət Axundzadənin qızı. Səkinə xanım Azərbaycanın ilk qadın müəllimlərindəndir.

Həyatı

Səkinə xanım 1865-ci ildə Qubada anadan olmuş və ibtidai təhsilini orada almışdır. Atası Hacı Mirzə Heybət bəy "Fəda" təxəllüslü ilə şeirlər yazırdı və Abbasqulu ağa Bakıxanovun təşkil etdiyi "Gülüstan" ədəbi məclisinin üvzü idi. 1900-cü ildə ailəsi ilə birlikdə Bakıya köçən Səkinə xanım, Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə fəaliyyət göstərən Qızlar Məktəbinin müəllim heyətinin ilk tərkibində yer almışdır. O, burada şəriət və ədəbiyyat (Azərbaycan dili, o dövrdə "tatar dili" kimi qeyd olunurdu) fənlərini tədris etmişdir. Bununla yanaşı, Səkinə xanım Tağıyevin qız məktəbində dram dərnəyinin əsasını qoyaraq, maarifçilik fəaliyyətini yalnız tədrislə məhdudlaşdırmamış, şagirdlərin bədii-estetik inkişafına da mühüm töhfə vermişdir.

Səkinə xanım Axundzadə Bakıda və Qubada xalqın maariflənməsi istiqamətində geniş fəaliyyət göstərmiş, qız məktəblərinin açılmasına təşəbbüs etmiş, təhsil alan şagirdlərə müntəzəm maddi yardım göstərmiş, 1920-ci ildə Qubada açılmış ilk qadın məktəbinin direktoru kimi bölgədə qızların təhsilinin təşkili və maarifçiliyin inkişafında mühüm rol oynamış pedaqoq və ictimai xadimdir.

Yaradıcılığı

Səkinə xanım Axundzadə teatr həvəskarları və peşəkar səhnə xadimləri ilə sıx yaradıcılıq əlaqələri saxlamış, dramaturgiya, nəsr və tərcümə sahəsində ardıcıl və məhsuldar fəaliyyət göstərmişdir. O, "Elmin bəhrəsi" pyesinin, "Gəlin və qayınana" komediyasının, milli folklor əsasında qələmə aldığı "Şahzadə Əbülfəzl və Rəna xanım" hekayəsinin və bu süjet əsasında hazırladığı eyniadlı opera librettosunun müəllifidir. Səkinə xanım Axundzadə eyni zamanda Türkiyə ədəbiyyatından bir sıra əsərləri Azərbaycan dilinə tərcümə etmiş, görkəmli türk dramaturqu Namiq Kamalın yaradıcılığı əsasında işlədiyi "Bəxtsiz bala" və "Zülmün səmərəsi" dramları ilə Azərbaycan teatr mühitində geniş tanınmışdır. Səkinə xanım Axundzadənin "Bəxtsiz bala" əsəri peşəkar teatr kollektivlərinin, digər pyesləri isə əsasən qız gimnaziyası tələbələrinin iştirakı ilə tamaşaya qoyulmuş, bu da onun qadın təhsilinin və maarifçiliyin inkişafına verdiyi töhfələrin teatr müstəvisində davamı kimi qiymətləndirilmişdir.

Səkinə xanım Axundzadə fransız bəstəkarı Leo Delibin "Lakme" operası əsasında yazdığı "Zülmün səmərəsi" dramı ilə xüsusi uğur qazanmışdır. Bu əsər ilk dəfə 1914-cü ildə Tiflisdə tamaşaya qoyulmuş, sonralar "Nicat" teatr truppası tərəfindən və 1920-ci illərin əvvəllərində Azərbaycan Milli Dram Teatrında müxtəlif səhnə quruluşlarında nümayiş etdirilmişdir. "Zülmün səmərəsi" dramı Hüseyn Ərəblinski tərəfindən 1914-cü ildə Tiflisdə, Abbas Mirzə Şərifzadə tərəfindən isə 1917-ci və 1922-ci illərdə Bakıda səhnələşdirilmiş, əsas rollarda Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Kazım Ziya, İsmayıl Talıblı, Yeva Olenskaya və Yunis Nərimanov çıxış etmişlər.

Səkinə xanım Axundzadə 1922–1923-cü illərdə nəşr olunmuş "Yeni türk əlifbası" dərsliyinin həmmüəlliflərindən biri olmuş, Azərbaycan dilində yeni əlifbanın təbliği və savadlılığın artırılması istiqamətində aparılan islahatlara mühüm töhfə vermişdir.

1927-ci ildə uzun sürən asma xəstəliyindən Qubada dünyasını dəyişən Səkinə xanım Axundzadə Bibiheybətdə dəfn olunmuşdu.

Səkinə xanımın yazdığı əsərlər o dövrün repressiyalarından qorxan qardaşı İbrahim bəyin qızı Reyhan Topçubaşova tərəfindən yandırılmışdır.

Əsərləri

  • "Elmin bəhrəsi" (1904)
  • "Haqq söz acı olar"
  • "Zülmün səmərəsi" ("Lakme"dən təbdil)
  • "Gəlin və qayınana"
  • "Şahzadə Əbülfəzl və Rəna xanım" (1918)
  • "Bəxtsiz bala"

Ədəbiyyat

Üst