| Baharlı | |
|---|---|
| 39°40′59″ şm. e. 46°51′07″ ş. u.HGYO | |
| Ölkə |
|
![]() Baharlı | |
Baharlı (əvvəlki adları: Moşxmhat (? - 29 dekabr 1992); Quşçubaba (29 dekabr 1992 - 20 noyabr 2020) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Moşxmhat kəndi Quşçubaba kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 20 noyabr 2020-ci il tarixli, 196-VIQ saylı Qərarı ilə Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir.
Əhalisi
2005-ci ildə Dağlıq Qarabağda qondarma rejim tərəfindən keçirilən əhalinin siyahıyaalmasına əsasən Baharlı kəndinin əhalisinin faktiki sayı 52 nəfər, qondarma qeydiyyatdakı əhalinin sayı 61 nəfər təşkil edirdi.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Xocalı rayonu qaralamaları
- Xocalı rayonunun kəndləri

