Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Çaylı (əvvəlki adı: Fioletovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclis

Çaylı (Biləsuvar)

39°29′56″ şm. e. 48°30′49″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Çaylı
39°29′56″ şm. e. 48°30′49″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Əhalisi
Əhalisi
  • 2.139 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1315
Xəritəni göstər/gizlə
Çaylı xəritədə
Çaylı
Çaylı

Çaylı (əvvəlki adı: Fioletovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Biləsuvar rayonunun Fioletovka kəndi Biləsuvar şəhər Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Fioletovka kənd Soveti yaradılmışdır. 1 sentyabr 2005-ci il tarixli 976-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Biləsuvar rayonunun Fioletovka kənd inzibati ərazi vahidi tərkibindəki Fioletovka kəndi Çaylı kəndi, Fioletovka kənd inzibati ərazi vahidi Çaylı kənd inzibati ərazi vahidi adlandırılmışdır.

Toponimikası

Kəndi XX əsrin əvvəllərində Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş rus ailələri salmışlar. İnqilabçı İ.T.Fioletovun (1883-1918) şərəfinə Fioletovka adlandırılmış və memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Çaylı adlanır.

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Muğan düzündə yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 1798 863 935
2009 ↗2139 ↗1035 ↗1104

İqtisadiyyatı

Mədəniyyəti

Kənddə Çaylı kənd kitabxana filialı, Çaylı Poçt Şöbəsi (AZ1315) və Çaylı EATS fəaliyyət göstərir.

Təhsil

Kənddə Çaylı kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Çaylı kənd tibb məntəqəsi yerləşir.

Həmçinin bax

Üst