Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Nərimankənd (əvvəlki adı: Nərimanovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Nərimankənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası

Nərimankənd (Biləsuvar)

39°31′55″ şm. e. 48°23′58″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Nərimankənd
39°31′55″ şm. e. 48°23′58″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Əhalisi
Əhalisi
  • 3.542 nəf. (2009)
Xəritəni göstər/gizlə
Nərimankənd xəritədə
Nərimankənd
Nərimankənd

Nərimankənd (əvvəlki adı: Nərimanovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Nərimankənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Nəsimi kənd Sovetinin Nərimanovka kəndi Nərimankənd kəndi adlandırılmışdır. Nərimankənd kəndi Nəsimi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nərimankənd kənd Soveti yaradılmışdır.

Toponimikası

Kəndin keçmiş adı Üçməzar olmuşdur. Sovet dövründə kənd Nəriman Nərimanovun şərəfinə Nərimanovka adlandırılmış, 1991-ci ildən isə indiki adla rəsmiləşdirilmişdir.

Tarixi

Tarixi abidələri

Nərimankənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
5789 Şəhriyartəpə yaşayış yeri Orta əsrlər Nərimankənd kəndi Arxeoloji Yerli

Coğrafiyası və iqlimi

Kənd Muğan düzündə yerləşir. Nəsimi, Səmədabad kəndləri ilə sərhəddir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 3015 1496 1519
2009 ↗3542 ↗1775 ↗1767

İqtisadiyyatı

Kənddə 831 təsərrüfat var.

2015-ci ilin iyun ayının 25-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.

Mədəniyyəti

Kənddə Nərimankənd kitabxana filialı, Nərimankənd kənd klubu, Nərimankənd Poçt Agentliyi və Nərimankənd EATS fəaliyyət göstərir.

Təhsil

Kənddə Nərimankənd tam orta məktəbi və Nərimankənd ümumi orta məktəbi fəaliyyət göstərir.

Din

Kənddə 21 dekabr 2009-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100109 A3–118 olan Nərimankənd kəndi "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.

Səhiyyə

Kənddə Nərimankənd həkim məntəqəsi yerləşir.

Həmçinin bax

Üst