Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Taras Qriqoryeviç Şevçenko (ukr. Тара́с Григо́рович Шевче́нко; 25 fevral (9 mart) 1814[…] – 10 mart 1861[…], Sankt-Peterburq) —Ukrayna şairi, yazıçısı, rəssamı.

Taras Şevçenko

Vikipediya, azad ensiklopediya
Taras Şevçenko
ukr. Тарас Григорович Шевченко
Doğum adı Тарас Григорович Шевченко
Təxəllüsü Т. Ш., К. Дармограй, Кобзарь Дармограй
Doğum tarixi 25 fevral (9 mart) 1814(1814-03-09)[…]
Vəfat tarixi 10 mart 1861(1861-03-10)[…] (47 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Assitin
Təhsili
  • İmperator Rəssamlıq Akademiyası (1838–1844)
Fəaliyyəti rəssam, şair, antropoloq, incəsənət xadimi, yazıçı, dramaturq, etnoqraf, nasir, filosof, film ssenaristi[d]
Fəaliyyət illəri 1832-ci ildən
Əsərlərinin dili ukrain dili, rus dili
İstiqamət romantizm
İmza
Vikimənbənin loqosu Taras Şevçenko Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Taras Qriqoryeviç Şevçenko (ukr. Тара́с Григо́рович Шевче́нко; 25 fevral (9 mart) 1814[…]10 mart 1861[…], Sankt-Peterburq) —Ukrayna şairi, yazıçısı, rəssamı.

Həyatı

Ukrayna şairi, rəssam, mütəfəkkir, inqilabçı-demokrat, Ukrayna ədəbiyyatı və təsviri sənətində tənqidi realizmin və inqilabi-demokratik cərəyanın banisi, T. Şevçenko 9 mart 1814-cü ildə təhkimli kəndli ailəsində doğulmuşdur. İlk təhsilini kənd keşişindən almış, 1831-ci ildə sahibi ilə Peterburq şəhərinə gəlmişdir.

İlk kitabı "Kovzar" 1840-cı ildə nəşr olunmuşdur. "Kor qadın", (1842), "Muzdur qadın", (1845), "Marina" (1848) və s. romanlarında, "Taras gecəsi" (1838) tarixi poemasında Şevçenko milli azadlıq mübarizəsinə toxunmuşdur.

Əsərləri Ukrayna ədəbiyyatında siyasi lirika və satira janrlarının inkişafında mühüm rol oynamışdır. 1847-ci ildə xəyanət nəticəsində həbs edilmiş, Orsk qalasına sürgün edilmişdir. 10 il (1847–1857) sürgündə qalan Şevçenko yalnız I Nikolayın ölümündən sonra azad edilmişdir. Sürgün illərində rus dilində avtobioqrafik səciyyəli "Çalğıçı" (1854–1855), "Bədbəxt", "Kapitan arvadı", "Əkizlər", "Rəssam" (1856) və s. realist povestlərini yazmışdır.

Ukrayna ədəbiyyatının inkişafında Şevçenkonun müstəsna xidmətləri olmuşdur. Əsərləri dünya xalqları dillərinə tərcümə edilmişdir.

Taras Şevçenko rəssam kimi də məşhurdur. O, 1838–1845-ci illərdə Peterburq Rəssamlıq Akademiyasında oxumuş, K. P. Brullovdan dərs almışdır.

Realist meyillər Şevçenkonun erkən yaradıcılığında meydana gəlmiş, sürgündə yaratdığı rəsmlərində kəskin ifşaedici qüvvə kəsb etmişdir.

Sürgündən qayıtdıqdan sonra Şevçenko çoxlu qravyüralar yaratmış, 1860-cı ildə mis üzərində qravürlərinə görə akademik adı almışdır. Şevçenkonun "Çimən Virsaviya" (1860) əsəri R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.

1861-ci ilin mayında Şevçenkonun vəsiyyətinə görə Kaver yaxınlığında, Dnepr sahilindəki Çerneçyada dəfn edilmişdir.

Xatirəsi

SSRİ-də Şevçenko adına Respublika Mükafatı təsis edilmişdir.

Bakıda adına küçə və məktəb vardır.

Azərbaycanda səfərdə olan Ukrayna prezidenti Viktor Yuşşenko iyunun 30-da həmkarı İlham Əliyevlə birgə Bakının Azadlıq prospektində görkəmli həmvətəni, şair Taras Şevçenkonun abidəsinin açılışında iştirak edib.

Üst