| Antik fəlsəfə |
![]() |
Yunan fəlsəfəöncəsi dövrü (e. ə. VII yüzilliyə qədər) Orfizm • Homer • Hesiod • Ferekid • Yeddi yunan müdriki • Epixarm |
Qədim yunan fəlsəfəsi (e. ə. VII–IV yüzilliklər) Müstəqil filosoflar Heraklit • Anaksaqor • Empedokl Qədim yunan atomçuları Levkipp • Demokrit Sofistlər "Böyük" sofistlər → Protaqor • Prodikus • Qorqias • Hippias "Kiçik" sofistlər → Trasimaxus • Likofron • Kritius • AlkidamasKlassik yunan fəlsəfəsi 1. Sokrat və sokratçılar: 2. Platon və erkən platonçular: 3. Aristotel və erkən peripatetiklər: |
Ellinizm dövrünün fəlsəfəsi (e. ə. IV–I yüzilliklər) Skeptisizm Pirron • Enesidemus • Aqrippa Epikürçülük Epikür • Lukretius Peripatetizm Rodoslu Andronikus Platonizm Karneades • Kliptomaxus • Filon Larissalı 'Stoaçılıq' Erkən dövr → Kitiyalı Zenon • Xrisippus • Kleantes |
Qədim Roma dövrünün fəlsəfəsi I–V yüzilliklər Skeptisizm Sekst Empirik Stoaçılıq Seneka • Epiktet • Mark Avreli • Siseron Peripatetizm Afrodisialı Aleksandr Orta platonizm Alkinous • Apuleyus • Qalen • Plutarx • Maksim • Filon • Selsus • Teon Neoplatonizm Roma məktəbi → Ammonius Sakkas • Plotin • Porfirius • Amelius |
Kirenaçılar (yun. Σχολή της Κυρήνης) — sokratçı məktəblərindən birinin ardıcılları olmuşdurlar. Onlara ilk hedonistlər də deyirlər.
Təlimləri
Kirenaçıların çoxusuna görə insan çevrəsindəki dünyanı duyğular vasitəsilə qavrayır (dərk edir); ona görə də duyğu qavramın əsasında duran əsas amildir. İnsana xoş gələn duyğular qəbul edilməli, gəlməyənlər isə rədd edilməlidir.
İnsanın məqsədi həyatdan həzz almaq və ağrıdan çəkinməkdir. Həzz keçmiş və gələcəyə deyil, yalnız indiki mövcud zamana aid edilə bilər. Məhz, bu kimi həzzə can atılmalıdır. Keçmiş və gələcək isə bizim hökmümüzün xaricindədir. Ona görə nə keçmişdəki günahlarımızdan peşman olub üzülmək, nə də gələcəyin sınaqlarından qorxmaq lazımdır. Azadlıq xoşbəxtliyə aparan nemətdir.
Kiniklər kimi bir çox kirenaçılar da əxlaqi qadağanların insan təbiətinə zidd olduğunu iddia edib, onlara riayət edilməsini vacib saymırdılar. Hətta, “xeyir” və “maddi zənginlik” kimi anlayışlar əslində həzz almaq üçün vasitədirsə, onda gərəkli və yararlı sayıla bilərlər. Belə olmasa onda onlar mənasızdır.
Kirenaçılar dinə qarşı da inkarçı mövqedə durmuşdular. Ona görə də onların bəzilərini “ateist” adlandırırdılar. Onların fikrincə vətənə bağlanmaq yox, dünya vətəndaşı olmaq lazımdır. Onlardan bəziləri bu dünyada yaşamağın mənasız olmasını və intihar etməyin üstünlüyünü də iddia edirdilər.
Eyni zamanda, kirenaçıların mötədilləri də olmuşdur. Mötədillər bu kimi aşırı fikirləri qəbul etmirdilər. Onların fikrincə insan cəmiyyətdə yaşamalı, onun qanunlarına tabe olmalıdır. Ancaq eyni zamanda bacardığı qədər həyatından həzz də almalı, narahatlıqlardan qaçmalıdır.
Təmsilçiləri
- Aristipp
- Hegesias
- Annikeris
- Teodorus
- Evhemerus
Ədəbiyyat
- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 105-110. ISBN 5-89968-061-X. 2016 tarixində (PDF). İstifadə tarixi: 16 avqust 2016.
- Diogenes Laertius (1925). Lives of Eminent Philosophers. Translated by Robert Drew Hicks. 2 vols. Vol. 1, The Loeb Classical Library. Cambridge: Harvard University Press.
- Lampe, Kurt (2014). The Birth of Hedonism: The Cyrenaic Philosophers and Pleasure as a Way of Life, Princeton University Press.
- Tsouna, Voula (1998). The Epistemology of the Cyrenaic School, Cambridge University Press.
- Zilioli, Ugo (2012). The Cyrenaics, Acumen Publishing. ISBN 1-84465-290-4
Həmçinin bax
Xarici bağlantılar
- Диоген Лаэртский. О жизни, учениях и изречениях знаменитых философов 2008-02-05 at the Wayback Machine. Кн.2.
- Киренаики / Лосев А.Ф. История античной эстетики.
- Менее значительные сократические школы 2015-09-12 at the Wayback Machine / Эдуард Целлер
- КИРЕНСКАЯ ШКОЛА (КИРЕНАИКИ)
- Fəlsəfə tarixi
- Antik fəlsəfə
- Fəlsəfi cərəyanlar
- Skeptisizm
- Fəlsəfi cərəyanlar və məktəblər
- Qədim Yunanıstan fəlsəfəsi
