| Çovdar | |
|---|---|
| | |
| 40°36′48″ şm. e. 46°06′29″ ş. u.HGYO | |
| Ölkə |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Çovdar | |
Çovdar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası
"Çovdar" etnotoponimdir. Adını ərazidəki eyniadlı dağdan almışdır.
Tarixi
Kəndin 1869-cu ildə yaranması haqqında məlumatlar mövcuddur.
Tarixi abidələri
Çovdar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
| İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
|---|---|---|---|---|---|
| 4187 | Kilsə | 1869-cu il | Çovdar kəndi | Memarlıq | Yerli |
| 4188 | Qala | 1891-ci il | Çovdar kəndinin 5 kilometrliyində | Memarlıq | Yerli |
Coğrafiyası və iqlimi
Kənd Çovdar dağının şimal yamacında yerləşir.
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | 59 | 31 | 28 |
| 2009 | ↗132 | ↗77 | ↗55 |
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti
Kənddə Çovdar kənd kitabxana filialı, Çovdar kənd Mədəniyyət Evi fəaliyyət göstərir.
Kənddə 1869-cu ilə aid kilsə, 1891-ci ilə aid qala mövcuddur.
Təhsil
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə Çovdar kənd tibb məntəqəsi yerləşir.
Şəkillər
Çovdara gedən qarlı yol
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Daşkəsən rayonunun kəndləri
- Çovdar (Daşkəsən) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri
