| Şəmkir qalası | |
|---|---|
| Ölkə | |
| Şəhər | Şəmkir |
| Yerləşir | Şəmkir rayonu |
| Sifarişçi | Buğa əl-Kəbir (ikinci dəfə tikilməsində) |
| Tikilmə tarixi | ən geci V əsr 854-cü il (ikinci dəfə tikilməsi tarixi) |
| Üslubu | Arran memarlıq məktəbi |
| Material | çiy kərpic, kərpic, çay daşı |
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı | |
| İstinad nöm. | 335 |
| Kateqoriya | Qala |
| Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
| 40°50′07″ şm. e. 46°07′33″ ş. u.HGYO | |
![]() | |
![]() Şəmkir qalası | |
Şəmkir qalası — Azərbaycanın Şəmkir rayonunda tarixi qala.
Tarixi
V əsrdən elmə məlum olan Şəmkirin hələ ərəblər gəlməmişdən əvvəlki dövrdə bir xəzər şəhəri olduğu fikirləşilir. Ərəblərin dövründə, 737-ci ildə bu şəhərdə xəzərlər yerləşdirilmişdir. Bu xəzərlər ərəblərin Volqaya yürüşündə əsir alınmışdılar. 757-ci ildə sabirlər Şəmkir şəhərini dağıtmışdır. 854-cü ildə Abbasi Xilafətinin türk müttəfiqi olan Buğa əl-Kəbir (Böyük Buğa) tərəfindən yenidən Şəmkirin əsası qoyulmuş, xəzərlər burada məskunlaşdırılmışdır.
"Kartlis tsxovreba"ya ("Gürcü salnamələri") görə, Buğa əl-Kəbir xəzər tayfasının üzvüdür, "Kitab əl-əvraq"da isə Buğa üçün ümumi "türk" adı istifadə olunurdu. Buğanın xəzər soydaşlarına qarşı müsbət münasibəti 851-ci ildə onun Xəzər xaqanlığı ərazisini fəthindən sonra ortaya çıxmışdır. 300 müsəlman xəzər ailəsi Xəzər xaqanlığını tərk etmiş və Buğa əl-Kəbir Azərbaycanda məskunlaşmaqları üçün onlara kömək etmişdir. Bu məskunlaşma hadisəsilə ilə bağlı məlumat həm "Kitab əl-buldan" əsərində, həm də "Kartlis tsxovreba"da ("Gürcü salnamələri") qeyd olunur. Buğa əl-Kəbir 300 xəzər ailəsi üçün "Şamkur" (Samkur) adlandırılan və Kür çayı boyunca yerləşən şəhər salmışdır. Ancaq Buğanın etdikləri Abbasi rəhbərliyinin xoşuna gəlməmiş və o, Ərməniyyə və tarixi Azərbaycanın hakimi vəzifəsindən azad edilmişdir.
Qalereya
Şəmkir qalası bürclərinin qalıqları
Şəmkir qala divarlarının qalıqları
Şəmkir qalasından aşkarlanmış pəncərə şüşəsi qalıqları
Ədəbiyyat
- Brook, Kevin Alan. The Jews of Khazaria (3rd). Rowman & Littlefield. 2018. ISBN 978-1-5381-0342-5.
- Togan, Zeki Velidi. Ümumi türk tarihine giriş (cilt I). İstanbul: Enderun Kitabevi. 1981. səh. 538.
Həmçinin bax
- Azərbaycan memarlığı
- Arran memarlıq məktəbi
- Əlifba sırasına görə tarixi abidələr
- Şəmkir rayonunun qalaları

