Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əyrivəng — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arıqıran kənd inzibati ərazi dairəsində kənd.

Əyrivəng (Gədəbəy)

40°33′04″ şm. e. 45°36′40″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Əyrivəng
40°33′04″ şm. e. 45°36′40″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
Əyrivəng xəritədə
Əyrivəng
Əyrivəng

ƏyrivəngAzərbaycan Respublikasının Gədəbəy rayonunun Arıqıran kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Türk kəndi 20-ci əsrin əvvəllərində 1770-ci illərdə erməni əhalisi tərk etməyə məcbur edilən kəndin yerində yaranmışdır.

Toponimikası

Şahdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, kənd uçmuş, zəng qülləsi əyilmiş köhnə vəngin (kilsənin) yaxınlığında salındığına görə belə adlandırılmışdır.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 402 nəfər əhali yaşayır.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Təhsil

40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 285 000 manat vəsait ayrılmışdır.

Həmçinin bax

Üst