Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Çeşməli (tarixi adı: Çirkinli) — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd.

Çeşməli (Tovuz)

40°41′40″ şm. e. 45°33′52″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Çeşməli
40°41′40″ şm. e. 45°33′52″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 508 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6021
Xəritəni göstər/gizlə
Çeşməli xəritədə
Çeşməli
Çeşməli

Çeşməli (tarixi adı: Çirkinli) — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası

1959-cu ilədək kəndin adı Çirkinli olmuşdur. Çirkinli türk-monqol mənşəli bir tayfanın adıdır. XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş çirkinlilər sonralar qızılbaş hərbi ittifaqına girmişlər. 1959-cu ildən kənd adının mənası guya pis yozulduğundan (Azərbaycan dilində "iyrənc" mənasındakı "çirkin" sözüylə omonim/səsdaş olduğuna görə) kəndin ərazisindəki "Çeşməli" adlı bulağın adı ilə rəsmiləşdirilmişdir. Oykonim "gözlü bulaq, bulaqlar" deməkdir.

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Tovuz rayonunun cənub hissəsində yerləşir. Dağ kəndi olduğu üçün qışı əsasən sərt soyuq, yayı isə mülayim isti keçir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 542 285 257
2009 ↘508 ↘262 ↘246

İqtisadiyyatı

Kənd əhalisi təsərrüfat, əkinçilik və maldarlıqla məşğuldur. Kənd təsərrüfatında əsasən kartof əkini ilə məşğul olan yerli əhali, məhsullarının satışını yerli bazarlar ilə yanaşı Rusiya və Ukrayna kimi ölkələrdə də edirlər. Əlverişli şərait və məhsuldar torpağın olması, əkinçilik sahəsində əhəmiyyətli yer tutur. Həmçinin arıçılıq və son illərdə tütünçülük kimi fəaliyyət növləri də kəndin iqtisadi yaşamında önəmli rol oynayır.

Mədəniyyəti

Kənddə Çeşməli kənd kitabxana filialı, Çeşməli kənd klubu, Çeşməli poçt şöbəsi (AZ6021) fəaliyyət göstərir.

Kənddə telefon qovşağı, kənd bələdiyyəsi, Tovuz rayon icra hakimiyyəti nümayəndəliyi fəaliyyət göstərir.

Təhsil

Kənddə Məstan Novruzov adına Çeşməli kənd tam orta məktəbi fəaliyyət göstərir. Məktəb şəhid Məstan Novruzovun adını daşıyır. Məktəbin qarşısında şəhidin xatirəsinə abidə ucaldılmışdır.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Çeşməli həkim məntəqəsi yerləşir.

Həmçinin bax

Üst