| Qədirli | |
|---|---|
| 41°02′13″ şm. e. 45°38′27″ ş. u.HGYO | |
| Ölkə |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ6034 |
![]() Qədirli | |
Qədirli — Azərbaycan Respublikasının Tovuz rayonunun Qədirli kənd inzibati ərazi dairəsində kənd. 6 may 1997-ci il tarixli 293-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Tovuz rayonunun faktiki mövcud olan Qədirli kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Tovuz rayonunun Qədirli kəndi Xatınlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qədirli kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Toponimikası
Oykonim Azərbaycan xalqının formalaşmasında və inkişafında xüsusi rolu olan oğuz soyköklü əfşarlarla bağlıdır. Şəhsevənlərin tərkibində də qədirlilərin adı çəkilir. 1826-1828-ci illər Rusiya-İran müharibəsindən sonra şahsevənlərin bir hissəsinin Cənubi Azərbaycandan şimala köçərək məskunlaşması nəticəsində yaranmışdır. Qərbi Azərbaycanın Vedi rayonunda Qədirli kəndi olmuşdur. 1948-ci ildə bu kənd əhalisi zorla erməni millətçiləri tərəfindən dədə-baba yurdlarından qovulmuş, kənd ilkin adından məhrum olmuşdur.
Tarixi
Tarixi abidələri
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar | Qeydlər |
|---|---|---|---|---|
| 1999 | 2639 | 1289 | 1350 | Statistik göstərici Cilovdarlı kəndi ilə birlikdə göstərilmişdir. |
| 2009 | 1556 | 785 | 771 | |
Kənddə 7 əsas soy yaşayır: alıməmmədlilər, bayramalılar, dünyamalılar, xasılar, cəlalixasılar, səfqulular, şahnəzərlilər.
İqtisadiyyatı
Mədəniyyəti
Kənddə Qədirli kənd kitabxana filialı və Qədirli poçt şöbəsi (AZ6034) fəaliyyət göstərir.
Təhsil
Kənddə Cavanşir Sadıqov adına Qədirli kənd tam orta məktəbi fəaliyyət göstərir.
Bundan başqa kənddə Qədirli kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə Qədirli kənd həkim məntəqəsi yerləşir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Tovuz rayonunun kəndləri
- Qədirli (Tovuz) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri

