Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Aşağı Mülkülü — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Mülkülü kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbayc

Aşağı Mülkülü

41°03′08″ şm. e. 45°37′11″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Aşağı Mülkülü
41°03′08″ şm. e. 45°37′11″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.364 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6044
Xəritəni göstər/gizlə
Aşağı Mülkülü xəritədə
Aşağı Mülkülü
Aşağı Mülkülü

Aşağı Mülkülü — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Mülkülü kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Tovuz rayonunun Aşağı Mülkülü kəndi Düz Çırdaxan kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Mülkülü kənd inzibati-ərazi vahidi yaradılmışdır.

Toponimikası

Kəndin keçmiş adı Alakol olmuşdur. Əvvəllər kənd Kürün sağ sahilində yerləşirdi. Hazırda orada kəndin qədim qəbiristanlığı var. Sonralar kəndin əhalisi indiki yerə köçmüş və kənd belə adlanmışdır. Oykonim "Aşağıda yerləşən Mülkülü kəndi" deməkdir.

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzindən 8 km şimalda, Bakı-Tbilisi dəmiryolundan 6 km aralı, Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 2109 1027 1082
2009 ↗2364 ↗1186 ↗1178

İqtisadiyyatı

Mədəniyyəti

Kənddə Aşağı Mülkülü poçt şöbəsi (AZ6044) fəaliyyət göstərir.

Təhsil

Kənddə Habil Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Aşağı Mülkülü həkim məntəqəsi yerləşir.

Həmçinin bax

Üst