| Hacıalılı | |
|---|---|
| 40°56′ şm. e. 45°31′ ş. u.HGYO | |
| Ölkə |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Hacıalılı | |
Hacıalılı — Azərbaycan Respublikasının Tovuz rayonunun Hacıalılı kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası
Kəndin keçmiş adı Şəmşədil olmuşdur. Yaşayış məntəqəsi 1515-ci ildə qızılbaşların zülqədər tayfasının şəmsəddinli qolunun məskunlaşması nəticəsində yarandığı üçün XIX əsrin əvvəllərinə qədər Şəmşədil adlanmışdır. Digər bir iddiaya görə kənd hacıllı/hacıalılı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir.
Tarixi
Tarixi abidələri
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
Kənd Tovuzçayın sahilində, dağətəyi ərazidə yerləşir.
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | 1453 | 724 | 729 |
| 2009 | ↗1629 | ↗819 | ↗810 |
İqtisadiyyatı
Mədəniyyəti
Kənddə Hacıalılı kənd kitabxana filialı, Hacıalılı kənd klubu fəaliyyət göstərir.
Təhsil
Kənddə Qasım Rzayev adına Hacıalılı kənd tam orta məktəbi fəaliyyət göstərir.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə Hacıalılı tibb məntəqəsi yerləşir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Tovuz rayonunun kəndləri
- Hacıalılı (Tovuz) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri

