| Çatax | |
|---|---|
| 40°43′28″ şm. e. 45°33′33″ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ6020 |
![]() Çatax | |
Çatax — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası
Kəndi Yuxarı Quşçu kəndindən çıxmış ailələr iki dağın arasında yerləşən Çatax adlı yerdə salmışlar. Çataq Azərbaycan toponimiyasında "yolayrıcı", "suayrıcı", "dağayrıcı" mənalarında işlənir. Oykonim kəndin yerləşdiyi coğrafi mövqeyi təyin edir.
Tarixi
Tarixi abidələri
Çatax kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
| İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
|---|---|---|---|---|---|
| 5202 | Məscid | Qeyd olunmayıb | Çatax kəndi | Memarlıq | Yerli |
Coğrafiyası və iqlimi
Kənd Əsrikçayın sahilində, Şahdağ silsiləsinin (Kicik Qafqaz) ətəyində yerləşir.
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | 297 | 141 | 156 |
| 2009 | ↗310 | ↗147 | ↗163 |
İqtisadiyyatı
Mədəniyyəti
Kənddə Çatax kənd kitabxana filialı, Çatax kənd klubu, Çatax poçt şöbəsi (AZ6020) fəaliyyət göstərir.
Təhsil
Kənddə Xəlil Cəfərov adına Çatax kənd tam orta məktəbi fəaliyyət göstərir.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə Çatax həkim məntəqəsi yerləşir.
Kənddəki Turşsu bulağının müalicəvi suyu sağlamlıq üçün faydalı olan müxtəlif kimyəvi maddələrlə zəngindir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Tovuz rayonunun kəndləri
- Çatax (Tovuz) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri

