Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Aşağı Avşar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Aşağı Avşar kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbayca

Aşağı Avşar

40°02′46″ şm. e. 47°25′02″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Aşağı Avşar
40°02′46″ şm. e. 47°25′02″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Aşağı Avşar xəritədə
Aşağı Avşar
Aşağı Avşar

Aşağı AvşarAzərbaycan Respublikasının Ağcabədi rayonunun Aşağı Avşar kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Xocavənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aşağı Avşar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 11 iyun 2002-ci il tarixli 341-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Aşağı Avşar kəndi Xocavənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aşağı Avşar kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası

Kənd əhalisinin əsas tərkibini Nərgiztəpədən köçüb gələn Avşarlar təşkil etdiyinə görə kənd Aşağı Avşar adlanmışdır.

Tarixi

Kəndin əsası XX əsrin əvvəllərində Kirov deyilən bu ərazidə 5–10 ailədən ibarət maldar obalar halında qoyulmuşdur. Kəndin əsasını qoyan ilk sakin Kərbəlayi Bağır olmuşdur.

Coğrafiyası və iqlimi

Kəndin ərazisi 9.0 kv.km-dir.

Əhalisi

Əhalisi1756 nəfərdir (2009).

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir.

Həmçinin bax

Üst