Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Kəbirli (əvvəlki adı: Dördüncü barak) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Kəbirli kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli

Kəbirli (Ağcabədi)

40°02′06″ şm. e. 47°16′08″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Kəbirli
40°02′06″ şm. e. 47°16′08″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1932
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.176 nəf. (2009)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0418
Xəritəni göstər/gizlə
Kəbirli xəritədə
Kəbirli
Kəbirli

Kəbirli (əvvəlki adı: Dördüncü barak) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Kəbirli kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindəki Dördüncü barak kəndi Kəbirli kəndi adlandırılmışdır. Kəbirli kəndi Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kəbirli kənd inzibati-ərazi vahidi yaradılmışdır.

Toponimikası

Kəbirli oykonimi türkdilli qədim xəzərlərin kəbirli tayfasının adı ilə bağlıdır. Mənbələrdə adı kəbərli kimi də çəkilir. Onların xəzərlərin tərkibinə daxil olan kəbər tayfasının nəsilləri olması güman edilir. Xəzərlərin eramızın əvvəllərindən bəri Albaniya (Qafqaz) ilə əlaqələri və erkən orta əsrlərdə bu ərazilərə xəzər ailələrinin dəfələrlə köçürülməsi tarixdən məlumdur. Tarixi mənbələrdə kəbirlilərin hələ erkən orta əsrlərdə Azərbaycana gəlmələri, burada yaşamışlar. Onların burada məskunlaşdığı ərazilər Kəbirli mahalı adlanırdı. XVIII əsrin ortalarında Qarabağ xanlığının təşkilində kəbirlilər mühüm rol oynamışlar. Kəbirlilər XIX əsrin ortalarında 4 qoldan (Qərvəndli, Ulubabalı, Qızıl Məhəmmədli, Arıq Məhəmmədli), 40-a qədər tirədən və 850 ailədən ibarət olmuşdur. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy kəbirlilər Qarabağın qədim tayfalarından biri hesab edir.

Kəbərri (Cavad qəzası) və Gendə-Kəbərri (yəni Aralı Kəbərri, Ərəş qəzası) yaşayış məntəqələri, Kəbərdi hidronimi (Cavanşir qəzası) də kəbirli etnonimi ilə əlaqədardır. Vaxtilə irəvan xanlığının Dərəkənd-Parçeniş mahalında xəzərlərin kəbər tayfasının adı ilə bağlı Kəbərli (əsli Kəbər eli), Göyçə mahalında isə Kəvər adlı kəndlər mövcud olmuşdur.

Coğrafiyası və iqlimi

Kəndin ərazisi 11. 6 kv.km-dir.

Əhalisi

Kəndin əhalisi 2349 nəfərdir.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

Həmçinin bax

Üst