| Göyük | |
|---|---|
| 40°02′ şm. e. 47°15′ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ0435 |
![]() Göyük | |
Göyük — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Göyük kənd inzibati ərazi dairəsində kənd. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Göyük kəndi Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göyük kənd inzibati ərazi vahidi yaradılmışdır.
Toponimikası
Köyük oykonimi türk dillərindəki köyük sözündən olub, təmizlənmiş meşə yeri" anlamındadır. Çox ehtimal ki, kənd salındığı ərazinin adı ilə adlandırılmışdır. Köyük toponimini türk dillərində müxtəlif məna ifadə edən köyük sözü ilə əlaqələdirən araşdırıcılar var. Köyük sözü "ceyran", "xallı maral" mənasındadır. Yevlax rayonunda da Köyük kəndi var. Rusiyanın Başqırdıstan ərazisində, İskə Köyək, Yanqı Köyək adlı kəndlər də mövcuddur.
Əhalisi
Əhalisinin sayı 773 (01.01.2007-ci il üçün) nəfərdir.
İqtisadiyyatı
Kənd əhalisi heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olur.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Ağcabədi rayonu qaralamaları
- Ağcabədi rayonunun kəndləri

