Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Bayramlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Bayramlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il t

Bayramlı (Tovuz)

40°54′48″ şm. e. 45°40′07″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Bayramlı
40°54′48″ şm. e. 45°40′07″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.744 nəf. (2009)
Xəritəni göstər/gizlə
Bayramlı xəritədə
Bayramlı
Bayramlı

Bayramlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Bayramlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Bayramlı kəndi Azaflı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bayramlı kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.

Toponimikası

Bəzən Əsrik (sahilində yerləşdiyi çayın adından) Bayramlı da adlanır. Kəndin adı muğanlı tayfasının bayramlı tirəsinin adı ilə bağlıdır.

Tarixi

Tarixi abidələri

Bayramlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
1796 Daş qutusu nekropolu E.ə. VIII–VII əsrlər Bayramlı kəndi Arxeoloji Ölkə
1797 Küp qəbirləri nekropolu E.ə. II minillik-e. II əsr Bayramlı kəndi Arxeoloji Ölkə
1798 Yaşayış yeri Son tunc dövrü Bayramlı kəndi Arxeoloji Ölkə

Coğrafiyası və iqlimi

Kənd Tovuz-Böyük Qışlaq yolunun sağ tərəfində yerləşir. Rayon mərkəzindən kəndə qədər məsafə 7 kilometrdir. Azaflı, Aşağı Quşçu, Əsrik Çırdaxan, Yanıqlı və İbrahimhacılı kəndləri ilə qonşudur. Ərazisi dağlıq və dağətəyi zonadır. Kəndin şimal sərhəddindən Əsrikçay keçir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 2484 1188 1296
2009 ↗2744 ↗1360 ↗1384

İqtisadiyyatı

Kənd əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğul olur.

Mədəniyyəti

Kənddə Bayramlı kənd kitabxana filialı fəaliyyət göstərir.

Təhsil

Kənddə Elşad Orucov adına Bayramlı kənd tam orta məktəbi və Zahir Yusifov adına Bayramlı kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Bayramlı kənd həkim məntəqəsi yerləşir.

Həmçinin bax

Üst