Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Moz, Mozrov — İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.(133, 76)

Moz (Dərələyəz)

39°42′03″ şm. e. 45°20′25″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
kənd
Moz
39°42′03″ şm. e. 45°20′25″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Keşişkənd rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 200 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 88 nəf. (2011)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Moz xəritədə
Moz
Moz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Moz, Mozrov — İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.(133, 76)

Tarixi

Moz kəndi Arpa çayının cənub qolu boyu Keşkənddən Əzizbəyova (Soylana, Paşalıya) və İstisuya (Cermuxa) gedən şose yolunun üstündə yerləşir.

1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Mor kimi qeyd edilmişdir. Toponimdə r~z səsdəyişməsi baş vermişdir ki, bu da Azərbaycan dilində qanunauyğun haldır. Erməni mənbələrində Mozrov formasında da qeyd edilir.

Toponimi

Toponim qədim türk dilində "ağ, çal, boz, bozumtul" mənasında işələnən moz sözündən əmələ gəlmişdir. Görünür, kəndin yerləşdiyi ərazinin torpağı boz, bozumtul rəngdə olmuşdur. Moz sözü böz sözünün fonetik formasıdır. Türk dillərində b~m səsəvəzlənməsi də qanunauyğundur: bən~mən, buna-muna və s. Ona görə də kəndə relyefə uyğun olaraq Moz adı verilmişdir. Quruluşca sadə toponimdir. Musa Kalankatlının "Alban tarixində" Sisakanda (İndiki Zəngəzurda) ermənicə yazılmışda Mozn toponimi qeyd olunur ("Alban tarixi", III kitab, 14-cü fəsil). Bu toponim "Mozan"adının qədim ermənicə təhrifidir. Zəngilan rayonunda indi xarabalığa çevrilmiş Diri kəndinin yerləşdiyi Diridağın Təktuklu adlanan təpəsində "Mazan nənə" adlı bir pir vardır. (Mazan nənə pirinə, Dəvəçi rayonundakı Taclı-nənə piri kimi, keçmişdə qadınlar müəyyən əhdlə gedirdilər). " Moz sözünün mə'nası aydın deyil. Bu ad fars dilində mozi-"nurlandıran","işıqlandıran" (xristian dinini yayan mə'nasında) və ana sözlərindən ibarətdir. Mazannənə "Mozi ana" adının təhrifidir.

Əhalisi

1727-ci ilə aid mənbədə kənddə cəmi bir azərbaycanlı Əmirbəy Həmzə oğlunun ailəsinin yaşadığı qeyd olunur..1918-ci ildə əhalisi qovulmuş və kənd dağıdılmışdır. Kənddə 1873-cü ildə 80 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 145 nəfər, 1904-cü ildə 161 nəfər, 1914-cü ildə 177 nəfər, 1916-cı ildə 150 nəfər yalnız azərbaycanlı yaşamışıdır. 1918-ci ilin mart ayında kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur və kənd xarabalığa çevrilmişdir. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Həmçinin bax

Üst