Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qədirli — Azərbaycan Respublikasının Tovuz rayonunun Qədirli kənd inzibati ərazi dairəsində kənd. 6 may 1997-ci il tarixli 293-IQ saylı Azərbaycan Respublikasın

Qədirli (Tovuz)

41°02′13″ şm. e. 45°38′27″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Qədirli
41°02′13″ şm. e. 45°38′27″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Əhalisi
Əhalisi
  • 1.556 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6034
Xəritəni göstər/gizlə
Qədirli xəritədə
Qədirli
Qədirli

Qədirli — Azərbaycan Respublikasının Tovuz rayonunun Qədirli kənd inzibati ərazi dairəsində kənd. 6 may 1997-ci il tarixli 293-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Tovuz rayonunun faktiki mövcud olan Qədirli kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Tovuz rayonunun Qədirli kəndi Xatınlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qədirli kənd inzibati-ərazi vahidi yaradılmışdır.

Toponimikası

Oykonim Azərbaycan xalqının forma­laşmasında və inkişafında xüsusi rolu olan oğuz soyköklü əfşarlarla bağlıdır. Şəhsevənlərin tərkibində də qədirlilərin adı çəkilir. 1826-1828-ci illər Rusiya-İran müharibəsindən sonra şahsevənlərin bir hissəsinin Cənubi Azərbaycandan şimala köçərək məskunlaşması nəticəsində yaranmışdır. Qərbi Azərbaycanın Vedi rayonunda Qədirli kəndi olmuşdur. 1948-ci ildə bu kənd əhalisi zorla erməni millətçiləri tərəfindən dədə-baba yurdlarından qovul­muş, kənd ilkin adından məhrum olmuşdur.

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar Qeydlər
1999 2639 1289 1350 Statistik göstərici Cilovdarlı kəndi ilə birlikdə göstərilmişdir.
2009 1556 785 771

Kənddə 7 əsas soy yaşayır: alıməmmədlilər, bayramalılar, dünyamalılar, xasılar, cəlalixasılar, səfqulular, şahnəzərlilər.

İqtisadiyyatı

Mədəniyyəti

Kənddə Qədirli kənd kitabxana filialı və Qədirli poçt şöbəsi (AZ6034) fəaliyyət göstərir.

Təhsil

Kənddə Cavanşir Sadıqov adına Qədirli kənd tam orta məktəbi fəaliyyət göstərir.

Bundan başqa kənddə Qədirli kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Qədirli kənd həkim məntəqəsi yerləşir.

Həmçinin bax

Üst