| Qarabulaq | |
|---|---|
| |
| 39°42′26″ şm. e. 46°51′56″ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 913 m |
![]() Qarabulaq | |
Qarabulaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Kənd XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qaradağ vilayətindən gəlmiş ailələrin Qarabulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altında olmuş və ermənilər tərəfindən Aknaxbür adlandırılmışdır. 7 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Coğrafiyası
Kənd Köndələnçayın (Arazın qolu) sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi
2005-ci ildə ermənilər tərəfindən Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qarabulaq kəndinin əhalisinin faktiki sayı 557 nəfər, qeydiyyatdakı əhalinin sayı 578 nəfər təşkil edirdi.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Xocalı rayonu qaralamaları
- Xocalı rayonunun kəndləri


