Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yaşayış məntəqəsi kimi 1786-cı ildən məlumdur. Hələ qədimdən Xanbulaq dağında Armudluq adlı sahədən mis filizinin çıxarılmasına və torpağın qara rəngə çalmasına

Qaradaş (Tovuz)

40°41′53″ şm. e. 45°29′26″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Qaradaş
40°41′53″ şm. e. 45°29′26″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Əhalisi
Əhalisi
  • 353 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6029
Xəritəni göstər/gizlə
Qaradaş xəritədə
Qaradaş
Qaradaş

Qaradaş — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaradaş kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası

Yaşayış məntəqəsi kimi 1786-cı ildən məlumdur. Hələ qədimdən Xanbulaq dağında Armudluq adlı sahədən mis filizinin çıxarılmasına və torpağın qara rəngə çalmasına görə əraziyə Qaradaş deyirdilər. Sonralar mədənin yerləş­diyi dağ da Qaradaş adlandırılmışdı. Burada salınmış kənd də adını həmin dağın adından almışdır.

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Şahdağ silsiləsinin (Kiçik Qafqaz) şimal ətəyində yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 309 158 151
2009 ↗353 ↗179 ↗174

İqtisadiyyatı

Mədəniyyəti

Kənddə Qaradaş kənd kitabxana filialı, Qaradaş kənd klubu, Qaradaş poçt şöbəsi (AZ6029) fəaliyyət göstərir.

Təhsil

Kənddə Qaradaş kənd ümumi orta məktəbi fəaliyyət göstərir.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Qaradaş kənd tibb məntəqəsi yerləşir.

Həmçinin bax

  • Aşıq Seyid İbrahim

Həmçinin bax

Üst