Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Zamanlı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Mormor kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il ta

Zamanlı (Gədəbəy)

40°39′01″ şm. e. 45°26′03″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Zamanlı
40°39′01″ şm. e. 45°26′03″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.346 m
Əhalisi
Əhalisi
  • 649 nəf. (2009)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ2112
Xəritəni göstər/gizlə
Zamanlı xəritədə
Zamanlı
Zamanlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ZamanlıAzərbaycan Respublikasının Gədəbəy rayonunun Mormor kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Arabaçı kənd Sovetinin Zamanlı kəndi Mormor kənd Sovetinin tərkibinə verilmişdir.

Toponimikası

Kəndin keçmiş adı Sərkar olmuşdur. Yerli məlumata görə, kəndi vaxtilə Qızılalı oğlu Zaman salmış və kənd də onun adı ilə adlandırılmışdır. Kəndin əhalisi əsasən xəlfəli tayfasına mənsub ailələrdən ibarətdir. Oykonim Zaman (şəxs adı) və -lı komponentlərindən düzəlib.

Tarixi

Zamanlı kəndinin tarixi albanların bu ərazilərdə yaşadığı IV-V əsrlərə gedib çıxır.

2010-cu il sentyabrın 11-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgərləri tərəfindən bu kəndin ərazisində təxribat törətməyə çalışan Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Manvel Sarıbekyan tutulmuşdur. Daha sonrakı araşdırmalar nəticəsindən məlum olmuşdur ki, Manvel Sarıbekyan Azərbaycan tərəfinə kənd məktəbini partlatmaq üçün keçib.

Coğrafiyası və iqlimi

Kənd Murğruz silsiləsinin yamacında yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 649 nəfər əhali yaşayır.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax

Üst