| Dönük Qırıqlı | |
|---|---|
| 40°56′05″ şm. e. 45°45′45″ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ6023 |
![]() Dönük Qırıqlı | |
Dönük Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Dönük Qırıqlı kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası
Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XVIII əsrin axırlarında Düz Qırıqlı kəndindən köçüb gəlmiş ailələr salmışlar. Oronimin ikinci komponenti (qırıqlı) oğuz tayfalarından birinin adı ilə bağlıdır. Dönük komponenti isə düz sözünun qarşılığı kimi "əks tərəf" və ya qədim türk dilinin dil vahidi olan tanuq sözünun ifadə etdiyi "dik" mənası ilə əlaqədardır. 1917-ci ildə həmin komponent Danuk variantında qeydə alınmışdır.
Tarixi
Tarixi abidələri
Dönük Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
| İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
|---|---|---|---|---|---|
| 1799 | Töyrətəpə yaşayış yeri | Eneolit | Dönük Qırıqlı kəndindən şərqdə | Arxeoloji | Ölkə |
| 1800 | Məntəjtəpə yaşayış yeri | Eneolit | Dönük Qırıqlı kəndindən şimal-şərqdə | Arxeoloji | Ölkə |
Coğrafiyası və iqlimi
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | 3502 | 1766 | 1736 |
| 2009 | ↗3770 | ↗1883 | ↗1887 |
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və maldarlıqdır. Əkinçilikdə suvarma əkinçiliyindən istifadə olunur. Əsasən kartof və taxıl istehsalına üstünlük verilir.
Mədəniyyəti
Kənddə Dönük Qırıqlı kənd kitabxana filialı, Dönük Qırıqlı kənd Mədəniyyət Evi, Dönük Qırıqlı poçt şöbəsi (AZ6023) fəaliyyət göstərir.
Təhsil
Kənddə Dilman Süleymanov adına Dönük Qırıqlı kənd tam orta məktəbi fəaliyyət göstərir.
Bundan başqa kənddə Dönük Qırıqlı kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə Dönük Qırıqlı həkim məntəqəsi yerləşir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Tovuz rayonunun kəndləri
- Dönük Qırıqlı kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri

