Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Aşağı Quşçular — Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçular kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-c

Aşağı Quşçular

39°50′13″ şm. e. 46°48′31″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Aşağı Quşçular
39°50′13″ şm. e. 46°48′31″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Xocalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 758 m
Xəritəni göstər/gizlə
Aşağı Quşçular xəritədə
Aşağı Quşçular
Aşağı Quşçular

Aşağı QuşçularAzərbaycan Respublikasının Xocalı rayonunun Quşçular kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Malıbəyli kənd Sovetindən Aşağı Quşçular kəndi Quşçular kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Xocalı rayonunun tərkibinə daxil edilib.

Toponimikası

"Aşağıda yerləşən Quşçular kəndi" deməkdir. Etnotoponimdir.

Tarixi

Birinci Qarabağ müharibəsinin başlanğıcında Ermənistan qüvvələri Qarabağın ermənilər yaşayan hissələrini tamamilə ələ keçirdikdən sonra, azərbaycanlılar yaşayan məntəqələrə hücum etməyə başladılar. 1992-ci ilin yanvar ayında ermənilər Xankəndi şəhərindəki Azərbaycan XTPD qüvvələrini sıxışdıraraq çıxardılar. Bundan sonra ermənilər Şuşa şəhərinin işğal edilməsi məqsədilə onu mühasirəyə almağa başladılar. Bu proses zamanı onlar eyni vaxtda, 1992-ci ilin fevralın 12-də Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinə hücum etdilər. Kəndlərin hər ikisi bir günün içində işğal edildi, işğal nəticəsində təxminən 50 nəfər dinc sakin Ermənistan ordusu və muzdlu əsgərləri tərəfindən vəhşicəsinə öldürüldü. Yerdə qalan əhali qaçmaqla canını qurtara bildi, kəndlərin hər ikisi isə tamamilə yandırıldı.

Coğrafiyası və iqlimi

Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi

1986-cı il əhalinin siyahıya alınması göstəricilərinə görə kənddəki əhalinin sayı 247 nəfər olub. Onların hamısı milliyətcə azərbaycanlıdır.

Tanınmış şəxsləri

  • Rizvan Teymurov — Azərbaycanın Milli Qəhrəmanı.

Həmçinin bax

  • Malıbəyli və Quşçular qətliamı
Üst