Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şamlıq — Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kənd inzibati ərazi dairəsində kənd.

Şamlıq (Tovuz)

40°43′01″ şm. e. 45°32′58″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Şamlıq
40°43′01″ şm. e. 45°32′58″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Əhalisi
Əhalisi
  • 371 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6037
Xəritəni göstər/gizlə
Şamlıq xəritədə
Şamlıq
Şamlıq

Şamlıq — Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası

Yerli əhalinin məlumatına görə, oykonim "şam ağaclan çox olan yer" mənasındadır. Kəndin ərazisi qədim yaşayış məskənlərindən biri hesab edilir. Türk dil­lərində şam sözünün "sucaq yer, bataqlıq", "qamış", "iti uclu" mənaları da var.

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Zəyəmçayın sahilində, dağlıq ərazidə yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 348 167 181
2009 ↗371 ↗184 ↗187

İqtisadiyyatı

Mədəniyyəti

Kənddə Şamlıq kənd kitabxana filialı, Şamlıq poçt şöbəsi (AZ6037) fəaliyyət göstərir.

Təhsil

Kənddə Məzahir Quluyev adına Şamlıq kənd tam orta məktəbi fəaliyyət göstərir. 220 şagird yerlik tam orta məktəb binası 1 sentyabr 2014-cü ildə istifadəyə verilmişdir. Bundan başqa kənddə Şamlıq kənd ümumi orta məktəbi də fəaliyyətdədir. 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 285 000 manat vəsait ayrılmışdır.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

Həmçinin bax

Üst