Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yuxarı Ağalı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Ağalı kənd inzibati ərazi dairəsində kənd. 6 may 1997-ci il tarixli 293-IQ saylı Azərbaycan

Yuxarı Ağalı

39°25′30″ şm. e. 48°27′04″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Yuxarı Ağalı
39°25′30″ şm. e. 48°27′04″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Əhalisi
Əhalisi
  • 766 nəf. (2009)
Xəritəni göstər/gizlə
Yuxarı Ağalı xəritədə
Yuxarı Ağalı
Yuxarı Ağalı

Yuxarı AğalıAzərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Ağalı kənd inzibati ərazi dairəsində kənd. 6 may 1997-ci il tarixli 293-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Biləsuvar rayonunun faktiki mövcud olan Yuxarı Ağalı kəndi dəqiqləşdirmə qaydasında Ağalıkənd kənd inzibati-ərazi vahidinin tərkibində yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.

Toponimikası

Rayonda ağalı komponentli iki kənd mövcuddur: Ağalıkənd və Yuxarı Ağalı. Oykonimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə keçmiş dilağarda tayfasının canşalı (cahanşahlı) tirəsinin ağalı nəslinin adını əks etdirir. 1870-ci ilə aid bir sənəddə Ağalıkəndin bu nəsilin nümayəndələri tərəfindən salındığı haqqında məlumat verilir.

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd rayonun cənubunda yerləşir. Muğan kəndi və İran İslam Respublikası ilə sərhəddir.

31 may 2023-cü ildə Bolqarçayda olacaq sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğan kəndlərinin sakinləri təxliyə edilmişdir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 395 204 191
2009 ↗766 ↗403 ↗363

İqtisadiyyatı

Kənddə 185 təsərrüfat var. Kəndin ümumi torpaq sahəsi 350 hektardır.

Mədəniyyəti

Kənddə Yuxarı Ağalı kənd kitabxana filialı, Yuxarı Ağalı kənd klubu və Yuxarı Ağalı mini EATS fəaliyyət göstərir.

Təhsil

Kənddə Yuxarı Ağalı kənd ümumi orta məktəbi fəaliyyət göstərir.

Din

Kənddə 17 iyun 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A3-407 olan Yuxarı Ağalı kəndi "Cümə" məscidi dini icması fəaliyyət göstərir.

Səhiyyə

Kənddə Yuxarı Ağalı kənd tibb məntəqəsi yerləşir.

Kənddə 1 baytarlıq məntəqəsi mövcuddur.

Həmçinin bax

Üst