| Əlibəyli | |
|---|---|
| |
| 41°22′41″ şm. e. 46°49′19″ ş. u.HGYO | |
| Ölkə |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Əlibəyli | |
Əlibəyli — Azərbaycan Respublikasının Qax rayonunun Əlibəyli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası
Kürmük çayının sahilində, Alazan–Həftəran vadisindədir. İlisu sultanı Əlibəy Sultanın (XVII əsrin sonu-XVIII əsrin əvvəli) adı ilə bağlıdır. Yaşayış məntəqəsi Əlibəyə məxsus ərazidə ingiloy ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin yaxınlığındakı dağ da Əlibəyli adlanır;
Əhalisi
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 525 təsərrüfatda hər iki cinsdən toplam 1821 nəfər əhali yaşayır.
Milli tərkibi
Kənd əhalisi əsasən məsihi etiqadlı ingiloylardan ibarətdir.
Tanınmışlar
- Moisey Georgiyeviç Canaşvili – (19.03.1855 – 19.04.1934) tarixçi-etnoqraf.Tarix, etnoqrafiya və linqvistikaya dair çoxsaylı elmi-populyar tədqiqatların müəllifi.
Mədəniyyət
- Kənddə Mədəniyyət Evi var.
Abidələri
- M ədəniyyət Evinin binası qarşısında Stalinin heykəli var.
Din
Kənddə "Müqəddəs Nino" kilsəsi gürcü pravoslav xristian dini icması fəaliyyət göstərir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Qax rayonunun kəndləri
- 1809-cu ildə yarananlar


