| Sarıbaş | |
|---|---|
| | |
| 41°31′27″ şm. e. 47°04′30″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Qax rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.602 m |
| Əhalisi | |
| Əhalisi |
|
| Sarıbaş | |
Sarıbaş — Azərbaycan Respublikasının Qax rayonunun Sarıbaş kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Sarıbaş kəndi XIV əsrdə yaşayış məskəni kimi formalaşmışdır. Cəlairlər Sarıbaş kəndinin ilk daimi sakinləri olmuşdur. Kənd XVI əsrin ortalarında (1556) yerli azərbaycanlıların və Dağıstandan köçüb gələn saxur ailələrin məskunlaşması nəticəsində daha da böyümüşdür. İlisu sultanlığı zamanı Sarıbaş mövcud 3 qrup kəndlər qrupundan Qaradolaq (İlisu) qrupuna daxil idi. Məhz Qaradolaq qrupuna türk mənşəli kəndlər daxil idi. (Sarıbaş, İlisu, Ağçay, Qaşqaçay, Yuxarı Malax, Aşağı Malax, Əmbərçay). Regionda mövcud olan islamın şafiilik və hənəfilik məzhəblərinə zidd qeyri mühafizəkar dünyagörüşünə malik əhali qrupuna malikdir. Yerli əhalinin dünya görüşündə daha çox atəşpərəstlik və xristianlıqla bağlı elementlərin çoxluğu maraq doğurur.
Toponimikası
Sarıbaş oykonimi, sadə. Kənd əhalisinin çox hissəsi Cəlayir kəndinə köçmüşdür. Sarıbaş yaşayış məntəqələri Ermənistanda və Krımda da qeydə alınmışdır. Ehtimal olunur ki,Sarıbaş kəndinin adı, günün müəyyən vaxtında,Günəş şüalarının dağlarda əks olunaraq onu qızılı sarımtıl rəngə boyamasından yaranmışdır. ( səhifədəki 2-ci şəkilə bax)

Mədəniyyəti
Kənd əhalisinin mədəniyyəti diffuz (qaynayıb qarışma nəticəsində yaranan) mədəniyyətdən təsirlənmişdir.
Filmoqrafiya
1955-ci ildə istehsal olunmuş "Alagöz yaylağında" filmi Sarıbaş kəndinin çobanlarına həsr olunmuşdur.
Coğrafiyası və iqlimi
| Sarıbaş kəndi iqlimi | |||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
| Mütləq maksimum, °C | 7 | 8 | 12 | 19 | 23 | 26 | 28 | 28 | 25 | 21 | 14 | 10 | 18,4 |
| Maksimum orta, °C | 0 | 1 | 4 | 11 | 17 | 21 | 24 | 24 | 19 | 13 | 7 | 2 | 11,9 |
| Minimum orta, °C | −6 | −7 | −3 | 3 | 7 | 10 | 12 | 12 | 9 | 5 | 0 | −4 | 3,2 |
| Mütləq minimum, °C | −15 | −17 | −13 | −5 | 1 | 4 | 7 | 7 | 2 | −3 | −8 | −13 | −4,4 |
| Yağıntı norması, mm | 32 | 40 | 58 | 79 | 74 | 54 | 39 | 28 | 44 | 70 | 62 | 35 | 615 |
| Mənbə: | |||||||||||||
Sarıbaş kəndi dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, İlisu kəndindən 7 km. şimal-qərbdə Kürmükçayın yuxarı səthində Əyriçayın hövzəsində yerləşir. Qışı sərt, yayı isə mülayimdir.Yüksək dağlarla əhatə olunub.
Əhalisi
Hazırda Sarıbaş kəndinin əhalisi monoetnik olsa da tarixi mərhələlər üzrə burada məskunlaşmış müxtəlif etnik qrup və xalqların qaynayıb qarışması nəticəsində formalaşmışdır. Buna türk kökənli tayfalara mənsub bir neçə nəsil və saxurlar daxildir.[mənbə göstərilməlidir]

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 49 təsərrüfatda hər iki cinsdən təxminən 131 nəfər əhali yaşamaqdadır.
Görkəmli şəxsləri
- Abdullah Əhmədov — Fizika-riyaziyyat elmləri namizədi (1978), Azərbaycan Texniki Universitetində dosent.
- Amin Babayev — Kənd təssərüfatı elmlər doktoru, Azərbaycan Dövlət Aqrar Universitetində kafedra müdürü.
- Fərid Məhərrəmov — Misir Əzhar Universitetinin dosenti.
- Seyfullah Əhmədov — Fizik, Bakı Dövlət Universitetinin müəllimi.
Həmçinin bax
- Azərbaycandakı məscidlərin siyahısı
- Qax rayonu
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Qax rayonu qaralamaları
- Kənd qaralamaları
- Sarıbaş
- Qax rayonunun kəndləri
