Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İbrahim Muxtar oğlu Əsədullayev (1902, Rusiya imperiyası – 1946, Bakı) — Azərbaycan SSR xalq daxili ticarət komissarı (1937–1938), SSRİ Ali Sovetinin (millətlər

İbrahim Əsədullayev

Vikipediya, azad ensiklopediya
İbrahim Əsədullayev
Azərbaycan SSR xalq daxili ticarət komissarı
avqust 1937 – 29 iyun 1938
SonrakıƏzizağa Əzizbəyov
(xalq ticarət komissarı kimi)
Şəxsi məlumatlar
Doğum tarixi 1902(1902)
Doğum yeri
Vəfat tarixi 1946(1946) (43–44 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İbrahim Muxtar oğlu Əsədullayev (1902, Rusiya imperiyası – 1946, Bakı) — Azərbaycan SSR xalq daxili ticarət komissarı (1937–1938), SSRİ Ali Sovetinin (millətlər palatası) I çağırış deputatı.

Həyatı

Repressiyalara uğraması

Stalin və Bağırov repressiyalarının qurbanı olmuşdur. 1938-ci ilin iyul ayında "Ehtiyatda olan sağ-troskiçi mərkəzinin əksinqilabi milliyətçi təşkilatının" rəhbərindən biri olduğu ittihamı ilə həbs olunmuşdur. İttiham əvvəldən axıra kimi Mir Cəfər Bağırovun başçılıq etdiyi Azərbaycanın o zamanki ali hakimiyyəti və onların əlaltıları tərəfindən saxtalaşdırılmışdır. Bu iş üzrə keçən başqa məhbuslar kimi işgəncələrə məruz qalaraq ittihamı etiraf etməyə məcbur edilmişdir. Ancaq başqa məhbuslarla birlikdə 1939-cu ildə öncəki ifadələrindən imtina etmişdi. Bundan sonra işi üzrə bir neçə dəfə istintaq aparılmışdır. Nəhayət 1941-ci ildə məhkəmənin hökmü ilə əmlakının müsadirə edilməsi ilə10 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1946-cı ildə həbs düşərgəsində vəfat etmişdir. 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kolleqiyasının qərardadı ilə bəraət edilmişdi. Keçdiyi istintaq işi və adı Bağırov və onunla əlbir olanların məhkəmə hökmünün mətnində xatırlanmışdır.

Ədəbiyyat

Həmçinin bax

  • “Ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyətçi təşkilatı” rəhbərlərinin işi
Üst