| Kənd | |
| Ağyar | |
|---|---|
| | |
| 39°44′11″ şm. e. 45°20′44″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Dərələyəz mahalı |
| Rayon | Keşişkənd rayonu |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 1828 |
| Mərkəzin hündürlüyü | 1.160 m |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
| Ağyar | |
Ağyar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.
Tarixi
Kəndin ilkin adı Əyar olmuşdur. Rayon mərkəzindən 3 km cənub-şərqdə, Arpaçayın sahilində yerləşir. XIII əsrdə Amağu məbədinin tabeliyində olmuşdur. İlk dəfə XII-XIII əsrlərdə adı çəkilmişdir.
Toponim «öz təşkilatı olan və varlılar hesabına kasıblara kömək edən şəhər yoxsullarından ibarət təbəqə» mənasında işlənən əyar sözü əsasında formalaşmışdır. Nəsil adı bildirir.
Patronim toponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə dəyışdirilib Aqarakadzor qoyulmuşdur.
Əhalisi
1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Buraya ermənilər 1828-29 - cu illərdə İranın Xoy, Salmas və Maku vilayətlərindən köçürülmüşdür.
Burada ermənilərlə yanaşı 1831-ci ildə 30 nəfər, 1887-ci ildə 23 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır.
İndi yalnız ermənilər yaşayır.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- 1828-ci ildə yaranan yaşayış məntəqələri
- Şərur-Dərələyəz qəzasının kəndləri
- Vayots dzor mərzinin yaşayış məntəqələri