Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Maralyansarov — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənqaya kənd inzibati ərazi dairəsində kənd.

Maralyansarov (Ağdərə)

40°19′19″ şm. e. 46°49′18″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Maralyansarov
40°19′19″ şm. e. 46°49′18″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdərə rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 26
Poçt indeksi AZ5900
Nəqliyyat kodu 32
Xəritəni göstər/gizlə
Maralyansarov xəritədə
Maralyansarov
Maralyansarov

Maralyansarov — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənqaya kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası

Tarixi

Budaqovun və Qeybullayevin müəllifliyi ilə dərc olunmuş "Qarabağda etnik məskunlaşma tarixi və toponimləri" əsərində qeyd olunur ki, Qarabağda Sarov adlı iki kənd vardı: biri Maralyan Sarov, digəri Bəyim Sarov adlanırdı. Əsərdə qeyd olunur ki, Cənubi Azərbaycanın Ərdəbil əyalətinin Bərzənd mahalında Maraluy kəndindən çıxmış ailələrin XVI əsrdə məskunlaşması nəticəsində Maralyan kənd adı yaranmışdır. Əsərə əsasən, bu da Maraluy kənd adından və fars dilində cəm bildirən "-an" şəkilçisindən ibarətdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının ərazisində Maralyansarov adında keçmişdə digər kənd də rəsmən var idi və Tərtər rayonunun Bəyimsarov kənd inzibati-ərazi vahidinin tərkibində idi, amma Azərbaycan Respublikasının 5 oktyabr 1999-cu il tarixli Qanunu ilə rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılması qərara alınmışdı.

Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Tərtər rayonunun ərazisinə düşüb.

1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Maralyansarov kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Maralyansarov kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.

Tarixi abidələri

Coğrafiyası və iqlimi

Əhalisi

İqtisadiyyatı

Mədəniyyəti

Təhsil

Din

Səhiyyə

Həmçinin bax

Üst