Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Aşağı Quşçu — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Quşçu kənd inzibati ərazi dairəsində kənd.

Aşağı Quşçu

40°57′20″ şm. e. 45°40′22″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Aşağı Quşçu
40°57′20″ şm. e. 45°40′22″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 9.320 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6015
Xəritəni göstər/gizlə
Aşağı Quşçu xəritədə
Aşağı Quşçu
Aşağı Quşçu

Aşağı Quşçu — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Quşçu kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası

Oykonim "aşağıda yerləşən Quşçu kəndi" deməkdir. Etnotoponimdir.

Tarixi

Aşağı Quşçu kəndinin sakinləri əsli Qədim Azərbaycan torpağı olan Qarabağdan — Şuşadandır. Ağa Məhəmməd şah Qacarın 1797-ci ildə yürüşü zamanı Şuşanın Aşağı Quşçu kəndindən köçüb Tovuzun dağlarında yaşamağa başlamışlar. Sonralar zaman keçdikcə bəziləri aşagılara (arana) köçməyə başlamışlar. O dövürdən Aşağı Quşçu yaranmışdır.

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzindən 7 km cənub-şərqdə, Bakı-Tbilisi şose və dəmiryolunun kənarında, Əsrikçayın sahilində, dağ ətəyində yerləşir.

Həm yayı, həm də qışı mülayim keçir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 8268 4116 4152
2009 ↗9320 ↗4597 ↗4723

İqtisadiyyatı

Kənddə 2 üzüm emalı zavodu var. Bundan başqa 2 böyük meyvə soyuducusu mövcuddur. Ayrıca kənddə Tovuzun su ilə təchizinə xidmət edən su anbarı var.

Kənd əhalisi əsasən əkinçilik və maldarlıq, həmçinin bağçılıq, bostançılıq, ticarət ilə məşğul olur.

Mədəniyyəti

Kənddə Aşağı Quşçu kənd kitabxana filialı, Aşağı Quşçu kənd Mədəniyyət Evi, Aşağı Quşçu poçt şöbəsi (AZ6015) fəaliyyət göstərir.

Təhsil

Kənddə İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbi, Aşağı Quşçu kənd 1№-li tam orta məktəbi və İmran Bayramov adına Aşağı Quşçu kənd ümumi orta məktəbi fəaliyyət göstərir.

Bundan başqa kənddə Aşağı Quşçu kənd 1 №-li körpələr evi-uşaq bağçası və Aşağı Quşçu kənd 2 №-li körpələr evi-uşaq bağçası fəaliyyətdədir.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Aşağı Quşçu həkim məntəqəsi yerləşir.

Həmçinin bax

Üst